Nəysə bu kitab haqqında yazmaq istəmirdi.Amma yazmaq lazım olduğu qanaətinə gəldim.Çünki "İdiot" mənə çox təsir etdi.Həm də axırı elə qurtaması....
Məncə knyaz sonda 1 səhv qərarı ilə bütün həyatı alt üst oldu.Knyazı hər kəs axmaq yəni idiot deyirlər halbuki məncə bu obraz həddən artıq ürəyi təmizdi.Mənim qrup yoldaşım kimi ona isə biz "təkər" deyirik.Bu dunyada yaxşı insana idiot kimi baxırlar.Əgər heç bir şey gözləmədən və ya onlara inanaraq yaxşılıq eləyirsə olursan "təkər".
Hər nəysə kitaba gəldikdə isə Dostoyevskidi başqa sözə gərək yox ;).Ön sözdə oxuduğum məlumata görə bu Dostoyevskinin ən lirik və iri həcmli əsəridi.Tam 726 vərəq amma 1 an belə kitab ayrılmayacaqsınız.Əsərin axıcılığı,hər bir obrazla ətraflı tanışlıq sizə darıxmağa və onlara qarışdırmağa imkan verməyəcəkdi.Hətta bəzən knyazın qərarlarına etirazda eliəcəksiniz.Məndə ilk əvvəl belə eləyirdə və zamanla elə əsl insanın belə eləməli qənaətinə gəldi.
Əgər oxumağa kitab seçimi etmək istəyirsinizsə "İdiot" mükəmməl seçim olacaq.Hər bir kitabsevərin oxuması gərəkən bir roman.Məncə bu əsər həyata fərqli baxmağı öyrədəcək sizə.
Kitaba qiymətim 9/10
Kitabda çox ifadə seçmək olardı.Nəysə həvəsim olmadı :( Sadəcə bunu seçdim
"Qəlbi olan və ağılsız axmaq arvad ,ağlı olub qəlbi olmayan arvad qədər bədbəxt axmaqdır"
və birdə tez-tez eşitdiyiniz cümlə "Dünyanı gözəllik xilas edəcək".

Show Conversion Code Hide Conversion Code Show Emoticon Hide Emoticon