Bu gün sizə oxuduğum yeni roma Sinan Yağmurun "Eşqin Göz Yaşları " haqqında yazacam.Bu kitab 3 hissədə ibarətdi.1-ci hissə də Təbrizli Şəms haqqında bəhs edilir.Kitab "İqra" nəşriyyatı çap edib və Azərbaycan türkcəsindədir.Kitabin 1 və 2 -c hissəsin almışam.Bu yazımda yenicə qurtardığım 1-ci hissə yəni Təbrizli Şəmslə bağlı olan hissəni yazacam.
Şəms həmişə mənim üçün maraqlı olub.Bunun səbəbi onun Azərbaycan türkü olması ilə əlaqədardır.Orta məktəb əddəbiyyat kitablarında adını ötəri eşitdiyimiz şəxs.Lakin internet də hər an onun mənalı sözlərinə rast gəlirik.Məni narahat edənsə hətta bəziləri adamları Şəmsin kim olduğunu bilməsidir.Türkiye türkləri Şəmsə daha çox sahib çıxıblar nəyinki biz.Lakin kitabın ön sözündə və özündə Şəmsin "Azəri türki" olduğu qeyd edilib.Buna görə də müəllifə hörmətim artdı.
Kitabda siz hadisələri Şəms dilində eşitəcəysiniz.Uşaq vaxtlarında çox ağıllı olan.Hər elmi mükəmməl öyrənən Şəms pir(mürşid) axtarışına çıxır.Amma getdiyi hər şeyxin iç üzün açır və onlar Şəmsin müridi olmaq istəyirlər.Şəms buna razı olmur axtarışda olur.Artıq ümidi tükəndiyi anda Allah əl açıb dua edir.Əgər axtardığı şəxsi tapsa bunun müqavilində başın verəcyin deyir.Yatanda yuxda ona axtardığı şəxsin Konya da olduğu deyilir.Konya ya yolu düşür və burda Mövlananı tapır.Mövlananı Mövlana edən Şəms olur.Şəms onu cilalayır və Konyanın deyil bütün Şərqin Mövlanası edir.Və əsərin sonunda verdiyi sözü tutur və başın verir.
Əsərdə Şəmsin dilindən çox maraqlı hekayələr eşitəcəksiniz.Şəms sərt,acı dilli Mövlana isə mülayim, xoşxasiyyətli biridir.Əsərdə sitat seçmədim çünki bu haqda yazmaq istəmirdim.Əsəri alıb oxusasız daha yaxşıdır.Çünki başdan-başa seçilmiş statlarla doludur.Yenədə 1-2 stat paylaşıram buyurun :
Gəncliyin dörd ətri vardır:
Vətən ətri,kitab ətri,oğul ətri və yarın ətri
Ey Cəlaləddin!Ürəyimi istəyirsənsə tənhalığını həsr edəcəksən mənə
Gəl sənə göstərim odla necə oynanılar
Gör ki odmu səni yandırır,sənmi odu?
El-aləm şərab içib sərxoş olur,
Biz eşq əhliyik,içmədən sərxoş olmuşuq.
Yazını davamı olacaq......

Show Conversion Code Hide Conversion Code Show Emoticon Hide Emoticon