Salam nəcəsiz?Düzdü blogu özümdən başqa oxuyan yoxdu amma yenədə yazmaq istədim.Yeni yazımı yazmağa başlayıram əgər oxuyursa deməli yazmağa başlamışam :).Hər nəysə bu günkü mövzu yenə də film haqqındadır.Bu gün yenə filmə baxmışam.Düzdü çox filmə baxıram amma xoşuma gələnlər haqda yazıram.Çox uzatmayım bu gün ki filmimiz "Argo Əməliyyatıdı".Film İranda Amerkan səfirliyinə hücum eliyən miltanların 52 nəfəri əsir götürməsi ilə başlayır lakin, onlardan 6 qaçaraq Kanada səfirliyinə sığınır.CİA 6 nəfəri qurtarmaq üçün agent Tony Mendez göndərir.Tony əsirləri burdan çıxırmaq üçün İran polisini bu 6 nəfərin film çəkmək üçün bura gədiyini inandırmalıdı.Bunu bacara biləcəkmi?.
Film dram-siyasi mövzudadı.Bu filmdə Amerka özünü sulh rəmzi,dünyadakı ən yaxşı ölkə kimi göstərilib.Hər nəysə filmə baxmaq lazımdı hələ son səhnələrdə təyyarə minən andan filmı xoşbəxt sonluqla bitəcəyini bilsədə adam yenə stress keçirir.Film İMDB xalı 94.600 adamın səs verməsi nəticəsində 8-di.Əgər yaxşı film axtarırsısza heç düşünmədən baxın.

Filmin rejissoru Ben Affelk-dı.Bu filmlə Affelk Amerkan Rejissorlar Birliyi mükafatını və həmçınin Qızıl Kürənin "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" mükafatlarının ardından, Hollywood Kino Oyunçuları Birliyi (SAG) "Ən Yaxşı Toplu Performans" və Amerika Prodüserlər Birliyinin (PGA) "Ən Yaxşı Film" mükafatlarını da qazanmış bir filmdi.Çox söz lazım deyil qisaca baxın
Axtarmamağınız üçün bu da link

Show Conversion Code Hide Conversion Code Show Emoticon Hide Emoticon