Lissabon Gecəsi və 100 ilin tənhalığı



Salam.Necəsiz?Ümid eləyirəm digər yazılarımı bəyənmisiniz?Niyə bu sual sizdən soruşuram çünki həyatlında inşa yazmamış insan olaraq blog yazıram gülməlidir.Dərsdə də pis oxuyan olmamışam amma məcburi bir iş eləmək mənlik deyil.Bəsdi bu qədər izahat.Keçək mövzuya bu gun sizə oxuduğum yeni kitab haqqında yazacam və bu ilk olacaq ona görə fikirimi çatdıra bilməsən üzrlü hesab edin.Düzdü 2 kitabı oxuyub birdən qurtarmışam biri
Qabriel Qarcia Marquez-zin "100 ilin tənhalığı" digəri isə Erix Maria Remark "Lissabon gecəsi" əsəridi.Başlayaq 100 ilin tənhalığında.Əsər yazıçıya nobel mükafatı gətirib.Qabriel QArcia əsəri 2 ilə yazıb amma ondan müsahibə alarkən əsəri ən az 15-16 il düşündüyünü bildirib.Əsər gədikdə əsər Buendialar ailəsinin yüksəlişi qurubu və məhv olmasından bəhs edir.Mənim bu əsərdə özümə yaxın hiss elədiyim obraz Polkovnik Aurlenio Buendia oldu.Bunun əsas səbəbi onun məni kimi arıq tənha olmasıdı.Əsər axıcı bir dillə yazılması onu oxumağı asanlaşdırır.Amma bəzən qərib hadısələr baş verməsi,adların və hadısələrin təkranması adamı çaşdırır.Əsərə 10 üzərindən 5 bal verirəm .Əgər səbrli və başladığınız işi sonuna qədər davam etdirisizsə kitabı oxuyub qurtara biləcəksiniz yoxsa əks halda yarımçıq qoyacağınıza 1oo% zəmanət verirəm.Həttda 1-2 dəfə əsəri yarımçıq qoymaq istədim.İndi isə keçək Remark Lissabon Gecəsi əsərinə.Bu əsərdə yuxardakı əsər kimi sadə və axıcı dillə yazılıb və içındə çox mənalı sözlər.Həmin sözləri sonda yazacam.İndi isə əsərin məzmunu barədə əsər 2-ci dünya müharibəsi illərində faşizimə qarşı çıxmış alman mühacirlər barədə.Burda əsas qəhrəman Şvarsdı.Şvars vətən və ailəsindən uzaqda yaşayır.Lakin həyat yoldaş Helen üçün geri gelir və əsas hadisələrdə bundan sonra başlayır 100 ilin Tənhaliğln oxumaqdansa bunu oxumağınızı məsləhət görürəm.Hər anı həyacanla,macarəylə və düşündürücü dialoqları ilə oxunulası bir kitab.Mənim bu kitaba verdiyim qiymət 9.

 Aşağıda "Lİssabon gecəsi" kitabdan seçdiyim cümlələr və yükləmə linki.Kitab pdf formatında və Azərbaycan dilindədi.

İntihar imkanı elə mərhəmətdir ki, onu nadir hallarda dərk edirsən.
O, adamda azad iradə xülyası yaradır.

«Biz sizin kilsənin metodlarını əxz etmişik. Allahın adı ilə yaratdığınız işgəncə kameralı inkvizisiyanız
bizə əqidə düşməni ilə necə davranmağı öyrədib. Biz daha mərhəmətliyik, biz yalnız xüsusi hallarda
diri-diri yandırırıq».


Nifrət qəlbi aşılayan turşudur, fərqi yoxdur, sən nifrət edirsən, yoxsa sənə nifrət
edirlər.

Bilməyə nə vardı ki? Bilmək dalğalar üstündə rəqs edən kiçik bir köpükdür. İstənilən
külək onu qabağına qatıb apara bilər;

Bu qızlar fikirləşirlər ki, onlar küçəyə çıxanda paltarını tənqid etməkdən başqa
camaatın ayrı dərdi-səri yoxdur»

Bilmirdim, çünki ortada konkret məqsəd yox idi. Təkcə onu bilirdim ki, çox qala bilmərəm. Bəxt
adama cəmi bircə dəfə dəli azadlığı verir; sonra xəbərdarlıq edib zərbəsini endirir. Bunu hərdən, vaxt
çatanda hiss edirsən. Hiss edirdim ki, vaxt yetişib


Mehmanxananın yaxınlığında boğuq danışıq və addım səsləri eşitdim. İki SS-çi evin qapısındın bir
kişini sürüyə-syrüyə küçənin ortasına saldı. Küçə fənərinin işığında kişinin üzünü gördüm. Sifət mum
kimi şumal idi, ağzının sağ tərəfindən qara qan ləkəsi çənəsinə qədər uzanırdı. Başı təpədən keçəl idi,
gicgahlarında qara tük vardı. Gözləri geniş açılmışdı və ora sonsuz dəhşət dolmuşdu ki, beləsini lap
çoxdandır görməmişdim. Kişi susurdu. Müşayətçiləri onu gah itələyir, gah da qabağa dartırdılar. Çox
da səs-küy salmırdılar; bu mənzərədə nəsə gizli, kabusanə bir şey vardı. SS-çilər yanımdan keçəndə
acıqlı-acıqlı, hədə ilə mənə baxdılar və dustaq iflic baxışları ilə məni silib keçdi, yardım diləyən bir
hərəkət etdi və dodaqları tərpəndi, lakin səs çıxmadı. Bu, bəşəriyyətin ölməz səhnəsi idi – zor nökərləri,
qurban və əbədi üçüncü adam, tamaşaçı, əllərini qaldırmayan, qurbanı müdafiə etməyən, onu
qurtarmağa çalışmayan tamaşaçı, çünki o, öz təhlükəsizliyinin dərdini çəkir, elə buna görə də şəxsi
təhlükəsizliyi həmişə qorxu içində olur


Özünüz yaxşı bilirsiz ki, zaman ölümün duru cövhəridir, canımıza
asta-asta yeridilən amansız zəhər kimi. Əvvəlcə bizi cana gətirir və hətta inandırır ki, ölümsüzük, lakin
damla-damla, günbəgün artdıqca qanımızı zəhərləyib məhv edən turşuya çevrilir.


«Canab», – bir müddətdən sonra müraciət etdi – «kimik biz? Siz kimsiniz, mən kiməm, başqaları
kimidir və daha həyatda olmayanlar kimlərdir? Gerçək olan nədir, güzgüdə əks olunan şəkil, yaxud
güzgünün qabağında duran? Canlı olan, yoxsa xatirə, ağrısız şəkil? İndi biz əriyib bir-birimizə
qarışmışıqmı, ölü arvadım və mən, yoxsa o, indi bütövlüklə mənimkidir, bu çarəsiz əlkimyada, azca
fosforlaşmış beyin hüceyrələrimdə ərimişdir və yalnız haçan mən istəsəm və necə istəsəm, cavab verir?
Yaxud onu təkcə itirməmişəm, asta-asta sönən xatirələrimdə hər saniyə təzədən bir daha itirirəm?
Gərək, onu tutub saxlayam, cənab, başa düşmürsüz?»

Duyğu bütün boşluqları dolduranda zamana yer qalmır.


«Paradokslar əsrində yaşayırıq. Sülhə nail
olmaq üçün müharibə aparırıq»


http://www.share.az/i6gtppjavpce/remark.pdf.html


Və buda "100 İlin Tənhalığı"kitabından seçmə cümlələr.Bu cümlələri http://www.kitabxanam.blogspot.com  blogundan göturmüşəm.

Kitabdan seçdiyim sitatlar:


  • İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz.
  • Ölülər qəbirlərindən çıxmır, biz vicdan əzabı çəkirik, məsələ budu.
  • Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki dəqiqə ora-bura sürümək yaxşıdı.
  • Allahsızlığın mərkəzində Allaha dua eləməyə gəlsinlər.
  • Vacib məsələlərdə bir-biri ilə razılaşa bilən iki rəqibin mübarizə aparmağının mənası yoxdur.
  • Ən taxşı dost, ölüb getmiş dostdur.
  • Arxayın qocalığın sirri tənhalıqla bağlanan vicdanlı müqavilədə imiş.
  • ...Kinoya baxmaqdan imtina elədi: özlərinin yetərincə dərdi-səri varkın, uydurma adamların uydurma faciələrinə göz yaşə tökmək ağılsızlıq idi
  • Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
  • Vicdanı rahat olan insan çeynəməkdən ağzı yorulana qədər yemək yeyə bilər.
  • Sevginin bir növü onun başqa növünü sıradan çıxarır, çünki insanın təbiətində elə bir şey var ki, o doyandan sonra  yeməyə marağını itirir.
  • Bəzi kişilər vaxtlarını öz murdar qarınlarına tamaşa edə-edə keçirir, süfrəyə oturanda isə torağay ciyəri tələb eləyirlər.
  • Siz kişilər qəribə məxluqlarsız, ömür boyu dindarlarla vuruşursuz, hədiyyəniz də dua kitabı olur.
  • Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axrı olacaq. 

İrəli
« Prev Post
Şərhiniz Üçün Təşəkkürlər