Erix Maria Remark "Zəfər Tağı"


Bu gun sizə oxuduğum 1 kitab haqqında yazacam.Oxuduğum bu kitab Remarkın "Zəfər Tağı"romanıdır Remarkın oxuduğum ilk romanı "Lissabon gecəsi" əsəri olmuşdu.İlk kitab məndə Remarka qarşı dərin təəsürat oyatmışdı.Beləliklə heç tərəddüt etmədən onun 2-ci romanın oxumağa başladı.Nə yaxşı ki başladı.Bu romanı çox bəyəndim axıcı,həyəcanverici,gözəl fikirlər bir kitabdan daha ne gözləmək olarkı.Sıxılmadan,dayanmadan oxuyacaqğınız bir roman.




Romanın əsas mövzusu 2-ci dünya müharibəsinin başlaması vaxtı faşist Almaniyasına qarşı duran alman vətəndaşlarıdı.Buna görə öz ölkəlrəində xaricdə qorxa-qorxa yaşamalı.Gördükləri iş müqavilində daha az pul qazanmalı.Hər an polis qorxusu altında yaşamlıdır.
Əsərin ön sözündə Remarkın ancaq 1 mövzuda yəni müharibədən yazdığı və başqa mövzuda yazmadığı qeyd edilimişdi.Bu yazıçının kamilliyə çatmadığı üçün olduğu yazılmışdı.Məncə  Remark bu kamilliyə çatıb.Yəni ancaq 1 mövzuda yazsada bu mövzunun ən yaxşısı olmuşdur.Nizami Gəncəvinində dediyi kimi
Kamil bir palançı olsada insan
Yaxşıdı yarımçıq papaqçılıqdan
Bu kitabda dialoqları ilə istərsə təsvirlərlə ya da fikirləri ilə tam düşündürücü əsərdi.Hər səhifədə hətta hər cümlədə insan üçün düşündürücü fikirlər mövcuddur.Əgər kitabdan gözəl fikirlər seçib yazmaq istəyirsizsə ondansa bütün kitabı yazın.

İndi isə əsərin qısa məzmunu bunu bir saytdan tapdım:
Ravik almandır, ixtisasca həkimdir, iki yəhudunin qaçmasına yardım etdiyi üçün gestapo zabiti Haake ona işgəncə verir. Ravikin işgəncələrə dözməyən qadını isə lagerdə intihar edir. Ravik lagerdən qaçır və mühacirlərin ən sevimli ölkəsi Fransaya gəlir. Passportu və şəxsiyyəti təsdiq edən başqa heç bir sənədi olmadığı üçün Parisdə gizli yaşayır, dörd dəfə tutulur deportasiya edilir. Hər dəfə yeni adlarla Parisə qayıdır.Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir, ən çətin təşrihlərin öhdəsindən gəlir. Onun həyatdan umacağı bir şey yoxdur. Qazandıqlarını içkiyə və qadınlara xərcləyir.Qismət olarsa bəlkə gestapo zabiti Haakedən qadınının, özünün və neçə-neçə işgəncə qurbanlarının qisasını almaq istəyir. Bu vaxt onun həyatına Joan daxil olur. Joan özünü körpüdən atmaq istəyəndə Ravik onu xilas edir. Böyük roman beləcə başlayır.

Deyilənlərə görə Joan Madu obrazında alman aktrisası və müğənnisi Mariya Ditrixin obrazı yaradılıb. Remark Parisdə yaşayarkən faşizm əleyhədarı bu qadınla sevgi macəraları yaşamışdı.


Və buda seçdiyim ifadələr:


Dözüm heç vaxt olmur.Təkcə hər şeyə öyrəşmək mümkündür...
"Çox gur?Nə idi çox gur olan?Yalnız buradakı sükut! Havasız otaq kimi adamı boğan sükut!"
Görəsən,alver qayda-qanunları olmasaydı,dünya neyləyərdi?!Canilərlə,idealistlərlə,tənbəllərlə dolardı.

Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir…

Bir az gülməli görünmək üçün təkcə cəsarət yox, həm də ürək lazımdır.

- heyata niye gelirik?
- ele bu suali duwunmek ucun


– Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
– Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik.
– Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.


Unudun getsin! Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş eləməyib. Kamillərin yeri muzeydir!
İrəli
« Prev Post
Şərhiniz Üçün Təşəkkürlər