Şah Və Yavuz

Neçə vaxtdır blogda bir şey yazmır :( .Amma söz verirəm ki ən yaxın zamanda bir kitab haqqında yazacam.Artıq oxuduğum romanı qurtarmaq üzərəyəm.Onun üçüb bu gun sizə Şah İsmayılla Yavuz Sultan Səlim arasındakı məktuplaşmanı paylaşacam.





Sultan Səlimin Şah İsmayıla yazdığı 4 məktuba Şah İsmayıl 1 cavab yazmışdı

Osmanlı Sultanı Yavuz Sultan Səlim 3-cü məktubunda Şah İsmayılı hədələməyə başlayır"Hənuz səndən nə namə gəldi nə də özün itaətə gəldin.Əgər səndə bir az qeyrət və namus qalıbsa gərək atına minib Kayseri ilə Sivas arasındakı düşərgəmə gələsən "
Sultan Səlimin 3-cü təhqir dolu məktubundan sonra Şah İsmayıl ona cavab yazdı"Məhəbbət dolu və dostluq ifadə edən salamlarımızı qəbul ediniz.Şərəfli məktublarınız yetişdi.Onların məzmunu ədavət bildirsədə cürət və mətanət etdiyi üçün bizə ləzzət verdi.Lakin bilmədim ki bu düşmənçiliyin başlanğıcı və səbəbi nə ilə bağlıdır.Cənnətlik atanız zamanında əlahiddə üzərinə gedərkən sizin sərhədlərdən keçməli olduq ancaq aramızda dostluq və ittifaqdan başqa bir şey olmadı  siz həzrətdəki o zaman Trabzon valis idiniz.Aramızda birlik əlaqəsi göstərdik.İndilikdə isə ədavətin səbəbi məlum olmur .Əgər hakimiyyət davası üçün bu tərəflərə gəlmişsinizsə qoy belə olsun.Ancaq təhqirlər sözü o yerə çatdırar ki, Köhnə xanimanın bünövrəsi bərbad olar.Bizim siz tərəfə gəlməyimizin 2 səbəbi vardı:Birincisi o diyarın sakinlərin əksəri bizim yüksək mənsublu babalarımızın müridləridi.İkincisi də sizin müqəddəs xanədanınıza olan məhəbbətim idi.İstəmirdim ki, Teymur zamanındakına bənzər bir çaxnaşma,gözlənilməz halda o məmləkətdə baş qaldırsın.Bunu indi də istəmirəm.Vəziyyətin belə hal almasından da incimirəm.Niyədə gərək inciyim.Hökmdarlar arasında ədavət köhnə adətdir.Necə ki , deyiblər "Məmləkət gəlinini o şəxs möhkəm quca bilir ki,Suvarılmış qılıncın dodağından öpə" .Lakin nalayiq sözlərin mənası yoxdu.Bunlar ola bilsin ki,həşiş və tiryək çəkən mühərrivlərin nəşədən beyinləri quruduğu bir vaxtda yazılmış eləcə də göndərilmişdi.Belə düşünürük ki,sizin qarşınıza çıxmaqda bu qədər yuvanmağımız əsassız olmuyub.Ancaq məsələnin əsli barədə düşünülsə yaxşıdı.Çünki axırıncı peşmançılıq fayda vermız.Əgər iş hərbə çəkərsə təxir olunmasın.Lakin uzaq görənlik yolu ilə hərəkət edilsin.


Yavuz Sulatn Səlimin məktubu

Səninlə vuruşmaq üçün ağır leşkərlə uzaq məsafəni ötüb hökmranlığın altındakı məmləkətinə daxil olmuşuq.Böyük hökmdarlar qanununda və qüdrətli xananlar məzhəbinda məmləkət padişahın namusu hesab olunur.Kişilikdən,cavan-mərdlikdən payı olanlar, cəsarətli şəxslar özündən başqaların ona toxunmasına heç dözə bilməzlər.Əgər belədisə indi neçə gündür qalib əsgərlərimlə məmləkətinə daxil olub kamranlıq edirlər.Lakin səndən əsər əlamət görünmür.Elə gizlənmisən ki diri olmağınla  ölümün arasındakı fərq bilinmir.Məsələnin əsli budur ki,indiyə qədər səndə bahadırlıq və mərdlik əlaməti olan bir iş hələ zuhura çıxmıyıb.Əgər bundan sonrada əvvəlki tək qorxudan zövüyə küncündə gizlənmiş olsan ərlik adı sənə haramdır.Belə olarsa tas-külah əvəzinə yaylıq zireh əvəzinə çadra ixtiyar elə sərdarlıq sevdasında subehsalarlıq iddiasından əl çək.Səndəki belə bir əməl yoxdu neyçün ona əl atırsan.

Çaldıran döyüşünə qədər heç bir döyüşdə məlub olmayan Şah İsmayıl.Döyüşdən bir gün qabaq əmirlərin Osmanlı döyüşçülərin dinclərini almadan hucuma keçməyi rədd edir və özünün məhşur"Mən karvanbasan quldru deyiləm" ifadəsini işlədir


İrəli
« Prev Post
Şərhiniz Üçün Təşəkkürlər