Salam.Novruz bayramınız mübarək.Axır ki, yaz gəldi qış fəsli sevən biri olaraq yazın gəlişinə sevinirəm.Neçə vaxtı kitablara aid bir şey yazmırdım.Bu dəfə sizə son oxuduğum kitab barədə söz açacam.Bu kitab “Mənim adım Qırmızı” romanıdı muəllif Nobel mükafatı laureatı Orxan Pamukdu.
Kitab Osmanlı padışahı III. Murad vaxtında keçır.Bu kitab nəqqaşlık sənəti haqqındadır.Əsərin əsas qəhrəmanı Qara və Şəkurədi.Şəkurənin atasının III. Murad üçün hazırladığı kitab firəng üslubunda olması onu gizli hazırlamağa məcbur olur.Lakin səkilləri çəkən 3 nəqqaş arasında qısqanclıq.Rəsmi təhzibini çəkən Zərif əfəndi qorxması sonda Zərif əfəndi və Şəkurənin atası Əniştənin ölümünə yol açır.Qara isə Şəkurənin xalası oğlu və ona uşaqlıqda dəli kimi aşiqdir.Lakin eşqi bir tərəfli olması onu Səfəvilər dövlətinə Təbrizə,Herata getməsinə məcbur edir.Lakin aradan uzun illər sonra qayıdan Qara Şəkurəni dul və 2 uşaqlı görürür.Yenidən eşq atəsi alovlanır.
Kitab haqqında fikirlərimə gəldikdə onu deyə bilərəm ki, dilinin sadəliyi,həm dedektiv həm sevgi romanı olması kitabı bir an belə yerə qoymaq olmur.Hər səhifəsində nə olacaq deyə insan həyəcanlanlanır.Oxuduğum kitablar arasında ən gözəl romanlardan biri olacaq.Bu kitabda hər iştirakçı ilə ayrı-ayrı tanış olacaqsınız və hekayələri onların dilində eşitəcəysiniz.İlk dəfə idi ki bele bir kitab oxuyurdum.Amma mənfi cəhəti isə nəqqaşlıq haqqında həddən artıq məlumat verilməsi və hər dəfə bu məlumatların təkrarlanması lazmımsız söz yığını edir.Kitaba qiymətə 10 üzərindən 8 olacaq.Məncə oxunması gərəkən romanlardan biri.
Yazıçı gəldikdə isə oxuduğum ilk romanı və mən də xoş təəssurat yaratdı.Oxuduğum müsahibəsində onun xoşbəxt olması üçün gündə ən az 1 yaxşı səhifə yazmalıdı.Əgər yazması bütün günü çox qəmgin olduğunu deyir.Ədəbiyyatda artıq 31 ildən çox bu sahədədir.İlk vaxtlar rəssam olsada sonrada yazıçı olmağa qərar verib.
“Biz istəklərimizin haradan yarandığını və xəyallarımızın nə olduğunu dəqiq bilməyə bilmərik,amma yazmağa başlayanda istəyirik ki,onlar bizi yönəltsin,hardan əsdiyi məlum olmayan külək kimi ,arxadan itələsinlər.Hətta demək olar,bu gizliqüvvələrin iradəsinə tabe oluruq.Biz hara üzəcəyi bilməyən gəmi kapitanına oxşayarıq...”bu sözlərin müəllifi Orxan Pamukdu.Bu yazını isə “Mənim adım Qırmızı” romanından bir cümlə ilə yekunlaşdırıram.
“Unutma.Evlənməmişdən qabaq alovlanan eşq yanğını evlənəndə sönür,geridə boş və kədərli yanğın yeri qalır.”

Show Conversion Code Hide Conversion Code Show Emoticon Hide Emoticon