Açaldılmış və təhqir edilmiş insanlar.



F.Dostoyevskinin oxuduğum 2-ci kitabı olan “Açaldılmış və təhqir edilmiş insanlar” çox xoşuma gəldi.Düzdü ilk oxuduğum kitabı olan “Qumarbaz” məni o qədər özünə cəlb etməmişdi.”Qumarbaz” romanında fikir arasında güclü əlaqə olmaması.Kitabın bir az qarışıq olması məni biraz Dostoyevskiden soyutmuşdu.Lakin “Qumarbaz”romanın son hissəsi məndə Dostoyevskiyə qarşı maraq oyatmışdı(Sonradan bildim ki Dostoyevski “Qumarbazı” 25 günə yazıb bəlkədə ona görə bu roman mənə darıxdırıcı gəlib).
Beləliklə “Açaldılmış və təhqir edilmiş insanlar” əsərini alıb oxudum.Bu əsərdə ailəsini sevgisinə görə atıb getmiş Nataşa əsas qəhrəmandır.O öz sevgisi naminə atasını qürurunu sındırmiş ona düşmən olan adamın oğlu ilə getmişdir.Nataşanın sevgisini qazanan oğlan isə gənc Alyoşadır.Alyoşa isə həddindən artıq saf bir insandı.Bütün bunları isə bizə danışan Vanyadır.O gənç yazıçıdır və Nataşanı sevir.Lakin bütün bunlara baxmayaraq o Nataşa ilə onun ailəsi İxmenivlərlə vastiəçi olur və bir anda yeni cütlüyün ən yaxın dostuna çevrilir.(Onuda qeyd etmək lazımdır ki Alyoşa adlı Dostoyevskin oğlu olub və 3 yaşında vəfat edib.)
Mən burda bütün romanı yazmaq istəmirəm.Roman haqqında fikirlərim isə romanın çox sadə dillə yazılması.Əsərin axıcılığı,gözlənilməz hadisələr əsəri maraqlı edir.Vanya obrazına diqqət yetirsəz Dostoyevskini tanıya bilərsiniz.Məncə yazıçı Vanya obrazında Dostoyevski yəqin ki özün görüb.Hər 2 yazıçı da pul qazanmaq üçün yazırdı.
Sonda isə kitabsevərlərin mütləq oxumalı olduğu bir kitabdı.Məncə bu əsəri qaçırdan çox şey qaçırdıb.Elə bu əsəri ilə Dostoyevski məndə böyük rəğbət oyatdı.Əsərə qiymətin isə 9/10 qiymətləndirirəm.


İrəli
« Prev Post
Şərhiniz Üçün Təşəkkürlər